QƏRAR VERİLDİ: Şəxsiyyət vəsiqələrinin dizaynı bu tarixdən dəyişdirilir
Ədliyyə naziri Anri Oxanaşvilinin qərarı ilə Gürcüstan vətəndaşının şəxsiyyət vəsiqəsinin, eləcə də müvəqqəti və daimi yaşayış icazəsi sənədlərinin, müvəqqəti elektron identifikasiya vəsiqəsinin dizaynı dəyişdiriləcək.
Ədliyyə nazirinin 10 mart tarixli sərəncamında qeyd olunan məlumata görə, sərəncam 4 iyun 2025-ci il tarixində qüvvəyə minəcək. Yeni sərəncamdan əvvəl verilmiş yuxarıda qeyd olunan hazırki vəsiqələr isə qanunvericilikdə müəyyən edilmiş müddətə qədər etibarlı qalacaq.
Bununla yanaşı, nazirin sərəncamında göstərilir ki, vəsiqə üzərində Gürcüstanın dövlət gerbi tam şəkildə, tək rəngdə, eləcə də Gürcüstanın dövlət bayrağı əks olunacaq.
Vəsiqənin fon təsvirindəki çap elementləri elə yerləşdiriləcək ki, fon təsvirinin saxta yollarla dəyişdirilməsi çətin olsun və saxtakarlıqlar asanlıqla aşkar edilsin.
Şəxsiyyət vəsiqəsində ad, soyad, cins, vətəndaşlıq, doğum tarixi, doğum yeri, şəxsi nömrə, fotoşəkil, şəxsi imza nümunəsi, sənədi verən qurumun adı, sənədin verilmə tarixi, sənədin etibarlılıq müddəti, fiziki şəxsin autentifikasiyası üçün sertifikatı, müvafiq qapalı açar və sertifikatı verən qurum, qeydiyyatdan keçmiş elektron imza sertifikatı, vəsiqəyə giriş kodu (CAN – Card Access Number) yer alacaq.
Qeyd edək ki, QR kod, vasitəsilə sənədin və ya şəxs haqqında məlumatın yoxlanılması mümkün olacaq.
Bizi WhatsApp – da izləyin.