Müəllimlərin və müəllim olmaq istəyənlərin nəzərinə: Bu il ilk dəfə…

Müəllim və müəllim olmaq istəyənlərin sertifikasiya imtahanı üçün qeydiyyat bu gündən başlayıb və aprelin 2-si saat 18:00-dək davam edəcək.

Qeydiyyat yalnız elektron şəkildə Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin qeydiyyat səhifəsində online.naec.ge vasitəsilə mümkündür.

İmtahanla bağlı mövcud şərtlər və yeniliklər isə bunlardır:

• Qeydiyyatdan keçmək üçün 50 lari pul ödəmək lazımdır.
• Ancaq „Praktikant müəllim” statusu olan müəllimlər qeydiyyat üçün pul ödəməyəcəklər.
• Müəllim qeydiyyat zamanı xüsusi müəlim imtahanından, peşə bacarıqları imtahanından və yaxud fənn imtahanından qeydiyyatdan keçə bilər.
• İki fəndən qeydiyyatdan keçmək olmaz.
• Bu il ilk dəfə „ibtidai sinif“ müəllimləri azərbaycan, rus və erməni dillərində (Öz ana dillərində) imtahan verəcəklər.
• Bu il ilk dəfə „Xüsusi müəllim“ imtahanı azərbaycan, rus və erməni dillərinə tərcümə edilib.

Bizi WhatsApp – da izləyin.