2002-ci il təvəllüdlü şəxsin üzərindən külli miqdarda narkotik vasitə aşkarlanıb – VİDEO
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İsani-Samqori Baş İdarəsinin əməkdaşları həyata keçirdikləri operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində narkotik cinayəti ilə bağlı bir nəfəri saxlayıblar.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz alışı və saxlanılması ittihamı ilə, əvvəllər dəfələrlə məhkum olunmuş və hazırda şərti cəza altında olan, 2002-ci il təvəllüdlü G.B. saxlanılıb.
Cinayətə görə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Hüquq-mühafizə orqanları saxlanılan şəxsin üzərinə baxış keçirərkən “Metadon” narkotik vasitəsi aşkarlayıblar.
İstintaq Gürcüstanın Cinayət Məcəlləsinin 260-cı maddəsi üzrə aparılır.
Bizi WhatsApp – da izləyin.