SON DƏQİQƏ! Məhkəmə Saakaşviliyə əlavə hökm oxudu

Məhkəmə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilini dövlət sərhədini qanunsuz keçməkdə təqsirli bilib.

Belə ki, Tbilisi Şəhər Məhkəməsinin hakimi Mixail Jinjolianın qərarı ilə Saakaşvili 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, daha öncə büdcə vəsaitlərini mənimsəmə ittihamı ilə Saakaşviliyə 8 il hökm oxunmuşdur, bununla da Saakaşvili ümumilikdə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məlumat üçün bildirək ki, Mixeil Saakaşvilinin həbs müddəti saxlanıldığı 1 oktyabr 2021-ci il tarixindən hesablanır.