Ölkə ərazisində soyuq və yağıntılı hava şəraiti bu tarixədək davam edəcək – PROQNOZ
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, martın 23-ü səhərədək Gürcüstanda soyuq və yağıntılı hava şəraiti davam edəcək. Martın 24-dən etibarən hava açılacaq və temperatur yüksələcək.
Tbilisidə martın 23-ü səhərədək soyuq və yağıntılı hava müşahidə olunacaq. Martın 24-dən hava açılacaq və isinəcək. Günorta saatlarında havanın temperaturu +10, +12 dərəcə olacaq.
Sahil bölgələrində (Batumi, Kobuleti, Anaklia, Poti) martın 23-ü səhərədək soyuq və yağışlı hava davam edəcək. Martın 24-dən etibarən hava açılacaq və isinəcək. Günorta saatlarında temperatur +14, +16 dərəcə olacaq.
Qərbi Gürcüstanın düzənlik bölgələrində (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurgeti) martın 23-ü səhərədək soyuq və yağışlı hava davam edəcək. Martın 24-dən hava açılacaq və isinəcək. Günorta saatlarında temperatur +14, +19 dərəcə olacaq.
Qərbi Gürcüstanın dağlıq bölgələrində (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı) martın 23-ü səhərədək soyuq və yağıntılı hava davam edəcək. Martın 24-dən hava açılacaq. Günorta saatlarında temperatur +10, +15 dərəcə olacaq.
Qərbi Gürcüstanın yüksək dağlıq bölgələrində (Mestia, Baxmaro) martın 23-ü səhərədək soyuq və yağıntılı hava davam edəcək. Martın 24-dən hava açılacaq. Günorta saatlarında temperatur +3, +8 dərəcə olacaq.
Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvalidə martın 23-ü səhərədək soyuq və yağıntılı hava davam edəcək. Martın 24-dən hava açılacaq. Günorta saatlarında temperatur +8, +13 dərəcə olacaq.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Sığnaği, Laqodexi, Qvareli, Axmeta, Dedoplistskaro) martın 23-ü səhərədək soyuq və yağışlı hava davam edəcək. Martın 24-dən hava açılacaq. Günorta saatlarında temperatur +9, +14 dərəcə olacaq.
Şərqi Gürcüstanın dağlıq bölgələrində (Axaltsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri) martın 23-ü səhərədək soyuq və yağıntılı hava davam edəcək. Martın 24-dən hava açılacaq. Günorta saatlarında temperatur +5, +10 dərəcə olacaq.
Şərqi Gürcüstanın yüksək dağlıq bölgələrində (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) martın 23-ü səhərədək soyuq və qarlı hava davam edəcək. Martın 24-dən hava açılacaq. Günorta saatlarında temperatur +1, +6 dərəcə olacaq.
Bizi WhatsApp – da izləyin.