Marneulidə bıçaqlanma faktı ilə bağlı 3 qadın saxlanılıb – VİDEO
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları, isti izlərlə həyata keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində, qrup halında zorakılıq və sağlamlığa qəsdən ağır zərər vurmaq ittihamı ilə 3 nəfəri: 2000-ci il təvəllüdlü N.A.-nı, 1994-cü il təvəllüdlü A.A.-nı və 1982-ci il təvəllüdlü Ş.Q.-nu saxlayıblar.
Cinayət 7 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.
İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxslər Kvemo Kartli bölgəsində Z.J.-yə qrup halında zor tətbiq ediblər. Həmçinin, N.A. soyuq silahdan istifadə etməklə Z.J.-nin qarın nahiyəsinə xəsarət yetirib.
Yaralı gənc müvafiq tibbi yardım göstərilməsi üçün klinikaya yerləşdirilib.
Hüquq-mühafizə orqanları N.A.-nı sağlamlığa qəsdən ağır zərər vurmaq, A.A. və Ş.Q.-nu isə qrup halında zorakılıq ittihamı ilə saxlayıblar.
Polis cinayətin törədilməsində istifadə olunan silahı – bıçağı maddi sübut kimi götürüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci və 126-cı maddələri ilə aparılır.
Bizi WhatsApp – da izləyin.