Marneulidə gənc qız nişanlısını və onun yanındakı xanımı bıçaqlayıb

Marneuli şəhərində Leselidze küçəsində bıçaqlanma hadisəsi baş verib.

Gənc bir qız qısqanclıq zəminində nişanlısını və onunla birlikdə olan digər bir xanımı bıçaqlayıb.

Hadisə zamanı xəsarət alan hər iki şəxsin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Bizi WhatsApp – da izləyin.