Dövlət Təhlükəsizlik Xidmətinə yeni rəhbər təyin edilib

Mamuka Mdinaradze Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinin icrasına başlayacaq.

Bu barədə baş nazir İrakli Kobaxidze brifinqdə bildirib.

Qeyd olunub ki, Mdinaradze bu gün Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən istefa vermiş Anri Oxanaşvilini əvəz edəcək .

Anri Oxanaşvili isə Gürcüstan baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsini tutacaq.

Bizi WhatsApp – da izləyin.