Marneulidə qız qaçırılması ilə bağlı 7 nəfər saxlanılıb – VİDEO

Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları azadlığın qanunsuz məhdudlaşdırılması, məcburetmə və ağır cinayəti xəbər verməmə ittihamı ilə 7 nəfəri saxlayıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. İstintaqla müəyyən edilib ki, Marneuli bələdiyyəsinin kəndlərindən birində 1996-cı il təvəllüdlü E.A 1982-ci il təvəllüdlü Ş.S-nin köməyi ilə, evlənmək məqsədilə 2005-ci il təvəllüdlü qızın azadlığını qanunsuz məhdudlaşdırıb.

Hadisə barədə məlumat daxil olduqdan dərhal sonra polis qızın yerini müəyyənləşdirib və şübhəlilər saxlanılıb.

Bundan başqa, cinayət barədə məlumatı olub, lakin hüquq-mühafizə orqanlarına bildirməyən Ş.S 1970-ci il təvəllüdlü, T.M 1993-cü il təvəllüdlü, Ş.Q 1948-ci il təvəllüdlü, R.A 1993-cü il təvəllüdlü və C.A 1968-ci il təvəllüdlü şəxslər də məsuliyyətə cəlb olunublar.

Faktla bağlı azadlıqdan qanunsuz məhrumetmə, məcburetmə və ağır cinayəti bildirməmək faktları ilə bağlı istintaq davam edir, saxlanılan şəxsləri 7 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bizi WhatsApp – da izləyin.