DİQQƏT! Bu kateqoriyalar üzrə sürücülük vəsiqəsi almaq qaydaları dəyişdirilir

Qoşqulu nəqliyyat vasitələrinin sürücülük vəsiqəsinin alınması imtahanlarında dəyişikliklər var. Xidmət Agentliyinin yaydığı məlumata görə, 2025-ci il 1 oktyabr tarixindən CE, DE kateqoriyaları və C1E, D1E altkateqoriyaları üzrə nəqliyyat vasitələrinin idarəetmə hüququnu əldə etmək üçün imtahanın praktiki hissəsi iki mərhələdən ibarət olacaq.

Beləliklə, artıq 1 oktyabr tarixindən bu kateqoriyadan olan nəqliyyat vasitələrinin praktiki imtahanının birinci mərhələsi qapalı meydançada keçiriləcək, ikinci mərhələsi isə real yol hərəkəti şəraitində, Gürcüstan Daxili İşlər Nazirinin əmri ilə təsdiq olunmuş marşrutlar üzrə təşkil ediləcək.

Bizi WhatsApp – da izləyin.