Təqaüd Fondunda toplanan vəsaitdən hansı hallarda istifadə edə bilərik?
Gürcüstanda Pensiya (təqaüd) Fondu üçün maaşdan müəyyən məbləğin toplanması sistemi 2019-cu ilin 1 yanvar tarixindən qüvvəyə minib.
Hansı hallarda təqaüd fonunda toplanmış məbləği almaq mümkündür?
Qanunvericiliyə əsasən, pensiyanın/pensiya aktivlərinin alınması aşağıdakı hallarda mümkündür:
- İştirakçı pensiya yaşına çatdıqda;
- İştirakçının əmək qabiliyyəti məhdudlaşdıqda;
- İştirakçının vəfatı halında pensiya aktivlərinin vərəsəyə ötürülməsi;
- Gürcüstanı daimi olaraq tərk etdikdə.
Əmək qabiliyyəti məhdud olan şəxs pensiya sxeminə qoşulur və istədiyi müddətə qədər vəsait toplaya bilər. O, vəsaitdən istifadə etmək istədiyi zaman, toplanmış məbləği heç bir vergi tutulmadan tam şəkildə çıxara bilər. Lakin bu halda o, artıq yenidən sxemə qayıtmaq hüququnu itirir, çünki qanuna əsasən, o artıq yığım pensiyasından istifadə etmiş sayılır.
Pensiya sxemində iştirak edən şəxs vəfat etdikdə, toplanmış vəsait onun vərəsəsinə verilir.
Əgər Gürcüstan vətəndaşı vətəndaşlıqdan imtina edərək başqa ölkədə daimi yaşamağa köçərsə, pensiya yaşına qədər topladığı vəsaiti çıxara bilər, lakin bu zaman məbləğ dövlət tərəfindən 20% həcmində vergiyə cəlb olunur.
Bizi WhatsApp – da izləyin.