Güclü yağış yağacaq, dolu düşəcək, fırtına olacaq – PROQNOZ

Ətraf mühit milli agentliyinin məlumatına görə, 12 oktyabr axşam saatlarından 13 oktyabr gün sonunadək Gürcüstanın əksər rayonlarında yağış yağacağı, bəzi yerlərdə güclü yağış, ildırım, ara-sıra küləyin güclənməsi gözlənilir. Gün ərzində Şərqi Gürcüstanın bəzi bölgələrində dolu düşməsi, dənizdə isə 3-4 ballıq fırtınalı dalğalanma mümkündür.

Gözlənilən yağıntılar nəticəsində Gürcüstanın çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artması, kiçik çaylarda sel daşqınlarının baş verməsi, həmçinin təpəlik və dağlıq ərazilərdə sürüşmə və sel prosesi təhlükəsinin yaranması mümkündür (təhlükə səviyyəsi – orta).

Bizi WhatsApp – da izləyin.