DİQQƏT! Bu halda işdən azad edilib, aldığınız maaşı qaytarmalı ola bilərsiz – YENİ QANUN
Bu gündən qüvvəyə minmiş qanuna əsasən, dövlət sektorunda çalışan şəxslərə eyni vaxtda tam ştatla bir neçə yerdə işləmək qadağan edilir.
Dəyişikliklərə əsasən, dövlət qulluğunda çalışan şəxsə artıq başqa bir dövlət idarəsində ödənişli vəzifə tutmaq hüququ olmayacaq.
Əgər dövlət qulluğunda çalışan şəxs eyni zamanda iki vəzifədə işləyəcəksə, o, hər iki vəzifədən azad ediləcək, iki il müddətinə dövlət qulluğunda işləmək qadağan olunacaq və həmçinin aldığı gəliri büdcə xeyrinə geri qaytarmaqla öhdəlikli olacaq.
Bəzi istisnalar da mövcuddur — müəyyən hallarda, birillik razılıq əsasında, şəxs iki və ya daha çox dövlət müəssisəsində işləyə bilər.
Məsələ ilə bağlı Baş nazir İrakli Kobaxidze bildirib:
“Teorik olaraq, bir şəxsin eyni vaxtda üç müxtəlif yerdə, hərəsində 8 saat işləməsi mümkün deyil. Bu praktika dəyişməlidir. Bu yolla həm xərclərin, həm də kadrların optimallaşdırılması baş verəcək və nəticədə dövlət xidməti daha düzgün şəkildə fəaliyyət göstərəcək.”
Bizi WhatsApp – da izləyin.