Daxili İşlər Nazirindən təyyarə qəzası ilə bağlı vacib açıqlama – RƏSMİ
Gürcüstan və Türkiyənin müvafiq qurumları tərəfindən üçgünlük fasiləsiz axtarış tədbirləri nəticəsində Siğnaği bələdiyyəsində, Türkiyəyə məxsus hərbi təyyarənin qəzaya uğradığı ərazidə və onun yaxınlığında, bortda olan bütün 20 nəfərin cəsədi tapılıb.
“Ekipaj üzvlərinin hamısının – 20 nəfərin – cəsədi tapılıb. Dünən 19 cəsəd prozekturaya təhvil verilmişdi. Təxminən yarım saat əvvəl isə 20-ci cəsəd də tapıldı. Hadisə yerində ekspert-kriminalistlər və istintaq qrupu işlərini davam etdirirlər.
İstintaq üçün vacib olan bütün texniki avadanlıqlar və təyyarənin fraqmentləri müəyyən edilib, ekspertiza prosesi davam edir. Axtarış-xilasetmə və istintaq tədbirlərinə həm Gürcüstan, həm də Türkiyə tərəfindən minə yaxın şəxs cəlb olunub.
Daxili İşlər Nazirliyinin bölmələrinə, Müdafiə Qüvvələrinin nümayəndələrinə və Türkiyə tərəfinə göstərdikləri fəaliyyət üçün təşəkkürümü bildirirəm,” – deyə Daxili İşlər Naziri Qela Qeladze bildirib.
Xatırladaq ki, Türkiyəyə məxsus hərbi təyyarə noyabrın 11-də Gürcüstan dövlət sərhədindən təxminən 5 kilometr məsafədə qəzaya uğrayıb.
Bizi WhatsApp – da izləyin.