Daur İsmayılov birinci müavinini rəsmi olaraq təqdim edib – FOTO

Marneuli meri Daur İsmayılov xidmət və şöbə rəislərinə merin birinci müavinini rəsmi şəkildə təqdim edib.

Merin birinci müavini vəzifəsinə Giorgi Godabrelidze təyin olunub. Onun dövlət strukturlarında və özəl sektorda müxtəlif məsul vəzifələrdə uzunillik iş təcrübəsi var.

O, Marneuli Bələdiyyəsi Meriyasında Bələdiyyə Nəzarəti Xidmətində, həmçinin Gürcüstanın Mədəniyyət və İdman Nazirliyində çalışıb. Özəl sektorda isə bank və tikinti sahələrində fəaliyyət göstərib.

Giorgi Godabrelidze bu təyinatadək Tetritskaro Bələdiyyəsi Meriyasının İnfrastrukturun İnkişafı, Memarlıq və Tikinti Xidmətinin rəhbəri vəzifəsini tutub.

Birinci müavin merə göstərilən etimada görə təşəkkür edib və qeyd edib ki, bələdiyyədə davam edən və planlaşdırılan proqramların səmərəli icrası prosesinə aktiv şəkildə qoşulmağa hazırdır.

Bizi WhatsApp – da izləyin.