TAKSİ SÜRÜCÜLƏRİNƏ ŞAD XƏBƏR! Bu cərimələr və faizlər silinəcək
Tbilisidə taksi xidmətini müvafiq icazə olmadan və ya icazə şərtlərini pozaraq həyata keçirən sürücülər cərimə və faiz borclarından azad ediləcəklər.
Bu barədə qanun layihəsi parlamentə təqdim olunub.
Layihəyə əsasən, sürücülər həmçinin icazə verilməsi üçün nəzərdə tutulan ödənişdən yaranmış borcları da ödəməkdən azad ediləcəklər.
Təşəbbüskarların məlumatına görə, 2025-ci ilin oktyabr ayına olan göstəricilər Tbilisi Bələdiyyəsi tərəfindən tətbiq edilən sanksiyaların böyük həcmdə olduğunu göstərir. Ümumilikdə minlərlə inzibati iş üzrə öhdəliklərin məbləği 8 milyon laridən çoxdur.
Qanun layihəsinin müəllifləri bildirirlər ki, mövcud vəziyyət sosial-iqtisadi və inzibati-hüquqi baxımdan bir dəfəlik hüquqi güzəştlərin tətbiqini zəruri edir.
Bizi WhatsApp – da izləyin.