Minlərlə şagird “Polis Peşəsi” layihəsində iştirak edəcək – FOTO
Daxili İşlər Nazirliyi Gürcüstanın dövlət məktəblərində Polis Peşəsi adlı layihəyə başlayır. Layihənin məqsədi gənclərə polis fəaliyyətinin tanıdılması və yeniyetmələr arasında bu peşənin populyarlaşdırılmasıdır.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Daxili İşlər Naziri Qela Qeladze, Təhsil, Elm və Gənclər naziri Givi Mikanadze ilə birlikdə, yeni layihəni məktəb ictimaiyyətinə DİN Akademiyasında təqdim edib. Nazir polis fəaliyyətinə və polis peşəsinin əhəmiyyətinə xüsusi diqqət yetirib. Qela Qeladzenin sözlərinə görə, yeni kampaniya gənclərlə hüquq mühafizə orqanları nümayəndələri arasında etimada əsaslanan münasibətlərin formalaşmasına töhfə verəcək.
“Məktəblilər Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinə baş çəkmək və yerindəcə polis əməkdaşlarının nailiyyətləri, nəticələri, uğurları və gündəlik fəaliyyətləri ilə tanış olmaq imkanına malik olacaqlar.
Hesab edirik ki, bu fəaliyyətlər gənclərin çox şərəfli və qürurverici polis peşəsinə marağının artmasına xidmət edəcək”, – deyə Qeqa Qeladze bildirib.
Tədbir çərçivəsində nazirlər məktəb şagirdləri ilə birgə, yeniyetmələr üçün xüsusi olaraq Akademiya ərazisində qurulmuş Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin stendlərinə baxış keçirib və simulyasiya fəaliyyətlərini izləyiblər.
Qeyd edək ki, layihə 21 noyabrdan başlayacaq və ilin sonuna kimi 4 000-ə yaxın məktəb şagirdi Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinə baş çəkmək, infrastruktur və bölmələrin gündəlik fəaliyyətinin xüsusiyyətləri ilə yerində tanış olmaq və simulyasiya məşğələlərində iştirak etmək imkanına malik olacaq.
Bizi WhatsApp – da izləyin.






















