Azərbaycanın Daxili İşlər Naziri Vilayət Eyvazov Gürcüstana rəsmi səfərə gəlib – FOTO

Azərbaycanın Daxili işlər naziri Vilayət Eyvazov nümayəndə heyəti ilə birlikdə, Gürcüstanlı həmkarı Qela Qeladzenin dəvəti ilə Tbilisidə rəsmi səfərdədir.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə,
Səfər çərçivəsində hər iki ölkənin daxili işlər nazirləri genişləndirilmiş 
formatda görüş keçirəcək və anlaşma imzalanacaq.

Anlaşmaya əsasən Gürcüstan və Azərbaycan Respublikası arasında hüquq-mühafizə sahəsində mövcud əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcək.

Həmçinin, Azərbaycan Respublikasının Daxili İşlər Naziri nümayəndə heyəti ilə birlikdə Gürcüstan Daxili İşlər Nazirliyinin polis bölmələrini də ziyarət edərək, onların fəaliyyəti ilə tanış olacaq.

Bizi WhatsApp – da izləyin.