Gürcüstan və Ermənistan idmançılarının iştirak etdiyi döyüşdə Onur Babayev qələbə qazanıb – FOTO

GFC Young Warrior təşkilatı tərəfindən Gürcüstan və Ermənistandan qatılan idmançıların iştirakı ilə döyüş gecəsi keçirilib.

Ümumilikdə 13 qarşılaşmanın baş tutduğu gecədə Qardabanidən olan idmançı Onur Babayev Gürcüstanlı rəqibini məğlub edərək qələbə qazanıb. Bununla da o, reytinq cədvəlində xalını yüksəltmiş olub.

Qeyd edək ki, Onur Babayev Vaxtanqisi kəndində fəaliyyət göstərən Lion Fighter Clubun yetirməsidir. Onun məşqçiləri Nicat Əliyev və Samir Omarovdur.

Bizi WhatsApp – da izləyin.