Parklanma cərimələrindən büdcəyə milyonlarla vəsait daxil olub

“Tbilisi Parking” əməkdaşları tərəfindən tətbiq olunan parklanma cərimələri hesabına 11 ay ərzində dövlət büdcəsinə 14,689 milyon lari daxil olub. Gürcüstanın vahid büdcəsinin gəlirlərinə dair rəsmi məlumatlara görə (konsolidasiya nəzərə alınmadan), 2025-ci ilin yanvar–noyabr aylarında parklanma cərimələrindən büdcəyə 14 689 431 lari köçürülüb. Ötən ilin eyni dövründə bu göstərici 16 034 205 lari olub.

Məlumata görə, təkcə cari ilin noyabr ayında “Tbilisi Parking” əməkdaşları tərəfindən yazılan cərimələr hesabına dövlət xəzinəsinə 2,2 milyon laridən çox vəsait daxil edilib.

Bizi WhatsApp – da izləyin.