SON DƏQİQƏ! Qardabanidə Yeni İl şam ağacı tamamilə yanıb – FOTO

Qardabanidə Bələdiyyə binasının qarşısında quraşdırılmış mərkəzi Yeni İl şam ağacı yanıb.

Hadisə bu gün axşam saatlarında baş verib.

Məlumata görə, alov qısa zamanda bütün konstruksiyanı bürüyüb, nəticədə Yeni İl dekorasiyası tamamilə yanıb.

Hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı hələ ki, heç bir rəsmi məlumat açıqlanmayıb.

Bizi WhatsApp – da izləyin.