Marenulidə restoranda mübahisə: Bir nəfər yaralanıb, saxlanılan var – VİDEO

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları 1993-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş E.Q.-ni sağlamlığa qəsdən yüngül xəsarət yetirmə ittihamı ilə saxlayıblar.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Marneulidə yerləşən restoranlardan birində yaranmış mübahisə zəminində küt alətdən istifadə edərək 1986-cı il təvəllüdlü A.M.-yə bədən xəsarəti yetirib. Zərərçəkmiş kişi xəstəxanaya yerləşdirilib və ona müvafiq tibbi yardım göstərilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində E.Q.-ni hadisədən dərhal sonra, isti izlərlə təqsirləndirilən şəxs qismində saxlayıblar.

Fakt üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə aparılır ki, bu maddə iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizi WhatsApp – da izləyin.