Marneulidə dəhşət: Qəza törətdi, avtomobil sahibinin boğazını… – VİDEO
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Polis Şöbəsinin əməkdaşları 1957-ci il təvəllüdlü M.S.-ni sağlamlığa qəsdən yüngül xəsarət yetirmə ittihamı ilə saxlayıblar.
Bu barədə Nazirlik məlumat yayıb.
İstintaqla müəyyən edilib ki, M.S. şəxsi avtomobili ilə Marneuli rayonunun kəndlərindən birində dayanmış, 1971-ci il təvəllüdlü O.M.-yə məxsus avtomobili vurub və bu, sürücülər arasında münaqişəyə səbəb olub. Baş verən qarşıdurma zamanı təqsirləndirilən şəxs iti alətlə İ.M.-nin boyun nahiyəsindən xəsarət yetirib və hadisə yerindən qaçıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində E.Q.-ni şübhəli şəxs qismində isti izlərlə saxlayıblar.
Fakt üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə aparılır. Həmin maddə 2 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.
Bizi WhatsApp – da izləyin.