Qızılın qiyməti rekord səviyyədə: Gürcüstanda 1 qram qızılın qiyməti
Dünya birjalarında qızılın qiyməti növbəti rekord səviyyəyə çatıb. Son ticarət sessiyasının nəticələrinə görə, cümə günü – 26 dekabrda – 1 unsiya qiymətli metalın dəyəri 4 534 ABŞ dolları təşkil edib.
Gold Price məlumatlarına əsasən, qızıl bir gün ərzində 1,22%, son bir ayda isə 7,8% bahalaşıb. Bundan əlavə, illik müqayisədə qiymətli metalın qiyməti 71% artım göstərib.
Trading Economics bildirir ki, qızılın bahalaşmasına geosiyasi gərginliyin artması və ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini mümkün endirməsi ilə bağlı gözləntilər səbəb olub.
Hazırda investorlar Rusiya ilə Ukrayna arasında davam edən hərbi əməliyyatları və sülh danışıqlarını izləyirlər. Eyni zamanda, Venesueladan neft tədarükünün bloklanması və Vaşinqtonun Nigeriyada İŞİD-ə qarşı son hərbi zərbələri diqqət mərkəzindədir.
Yerli bazara gəldikdə isə, Gürcüstanda 999 əyarlı qızılın 1 qramının qiyməti hazırda 397 lari təşkil edir.
Bizi WhatsApp – da izləyin.