Gürcüstandan NASA-nın yay məktəbinə gedəcək şagirdlər bəlli olub

Niko, Sandro, Toma və Nikolosi — tezliklə gənc innovatorlar kimi NASA-nın Kosmik Mərkəzinin yay məktəbinə yollanacaqlar. Minilliyin İnnovasiyası müsabiqəsinin qalibləri unikal layihə ilə Amerika yay məktəbinə qəbul olunmaq hüququ qazanıblar.

Onlar xilasetmə qruplarına insanların tapılmasını asanlaşdıran bir sistem icad ediblər. Komarov məktəbinin şagirdlərindən ibarət komanda süni intellekt, dron və xüsusi qurğuları vahid sistemdə birləşdirib.

Gənclərin sözlərinə görə, ideya qlobal çağırışlar, təbii fəlakətlər və təcrübə fonunda yaranıb. Onlar hesab ediblər ki, fəlakət zonalarında insanların xilas edilməsi prosesində müasir texnologiyalar tamamilə yeni imkanlar yaradır.

İlkin mərhələdə “Klasterlər” komandası ideyanı fəaliyyət planına çevirib. 11-ci sinif şagirdləri funksiyaları və vəzifələri öz maraqlarına uyğun bölüşdürərək qarşıya qoyulan tapşırığın icrasına başlayıblar. Layihə üzərində bir il ərzində işləyiblər. Proses çətinliklərlə dolu olub, lakin komanda məqsədə çatmaq üçün həm məktəbin laboratoriyasında, həm də evdə yorulmadan çalışıb.

“Klasterlər” layihə üzərində işi davam etdirməyi planlaşdırırlar. Onların əsas məqsədi innovativ yanaşmanı real həyatda tətbiq etməkdir. Yeni ideyaların həyata keçirilməsini də düşünürlər.

Texas ştatının Hyuston şəhərinə səfər Minillik Fondu-nun dəstəyi ilə mümkün olacaq. Yay məktəbində gənclər maraqlarına uyğun tədris kursu keçəcəklər.

Amerika arzusu Tbilisili gənclər üçün tezliklə reallığa çevriləcək. Onların əsas macərası Hyustonda — NASA-nın Kosmik Mərkəzinin yay məktəbində başlayacaq.

Bizi WhatsApp – da izləyin.