Yollarda vəziyyət necədir – sürücülər üçün ən son məlumat

Avtomobil Yolları Departamenti yollarda mövcud vəziyyətlə bağlı ən son məlumatı yayıb.

Qurumun məlumatına görə, dövlət əhəmiyyətli Gomi–Saçxere–Çiatura–Zestafoni avtomobil yolunun km1–km106 hissəsində minik avtomobillərinin hərəkəti bərpa olunub, lakin qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti qadağandır.

Eyni zamanda, beynəlxalq əhəmiyyətli Tbilisi–Senaki–Leselidze avtomobil yolunun km133–km162 (Surami nəqliyyat qovşağı – Boriti) hissəsində qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Bizi WhatsApp – da izləyin.