KİV: Gürcüstan Rusiya vətəndaşlarını bu səbəblə ölkəyə buraxmır
Gürcüstan sərhədçiləri doğum yeri Ukrayna əraziləri olan Rusiya vətəndaşlarının ölkəyə girişinə məhdudiyyətlər tətbiq etməyə başlayıb.
RealNews.ge “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Məlumata görə, Yeni il tətilini Gürcüstanda keçirmək istəyən bir qrup Rusiya vətəndaşı sərhəddən geri qaytarılıb. Buna səbəb isə onların pasportlarında doğum yerinin Rusiyanın nəzarətindəki Ukrayna əraziləri olan Krım və Luqansk kimi göstərilməsi olub.
Bildirilib ki, təkcə bir reysdən 6 sərnişin bu səbəbdən ölkəyə buraxılmayıb. Gürcüstan Xarici İşlər Nazirliyinin rəsmi saytında isə Krım və ya Luqanskda doğulmuş şəxslər üçün xüsusi bir qadağa barədə rəsmi qərar yer almayıb.
Bizi WhatsApp – da izləyin.