DİQQƏT! Bu tarixdən əcnəbilərin Gürcüstanda işləməsi üçün xüsusi icazə tələb olunacaq

Gürcüstanda yeni cərimələr tətbiq olunacaq. Müvafiq maliyyə sanksiyaları 2026-cı il 1 mart tarixindən qüvvəyə minəcək.

Məlumata görə, dəyişikliklər “Əmək miqrasiyası haqqında” qanuna aiddir. Qanuna əsasən, əcnəbilərin Gürcüstanda işləməsi üçün xüsusi icazə tələb olunacaq, işəgötürənlər isə xarici işçi qüvvəsinə ehtiyacın əsaslandırılmasını təqdim etməli olacaqlar.

Qanunvericilikdə nəzərdə tutulan tələblərin pozulması yeni cərimələrlə nəticələnəcək. Belə ki, əcnəbinin müvafiq icazə olmadan işə götürülməsi halında həm işəgötürən, həm də işə götürülən əcnəbi 2 000 lari məbləğində cərimələnəcək. Qayda təkrar pozulduğu halda isə maliyyə sanksiyasının ikiqat artırılması nəzərdə tutulur.