Çin ABŞ-yə müraciət etdi

Çin Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın administrasiyasına müraciət edərək, Venesuela lideri Nikolas Maduronun azad edilməsini istəyib.

Bu barədə Çin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Çin ABŞ-ni Prezident Nikolas Maduronun və onun həyat yoldaşının şəxsi təhlükəsizliyini təmin etməyə, onları dərhal azad etməyə, Venesuela hökumətinin devrilməsini dayandırmağa və problemləri dialoq və danışıqlar yolu ilə həll etməyə çağırır”, – deyə məlumatda bildirilir.

Çin Xarici İşlər Nazirliyi həmçinin vurğulayıb ki, Vaşinqtonun hərəkətləri beynəlxalq hüququn, beynəlxalq münasibətlərin fundamental normalarının, habelə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin açıq şəkildə pozulmasıdır.

Bizi WhatsApp – da izləyin.