Qaracalar kəndində atayı öldürüb, oğluna ağır xəsarət yetirən iki nəfərə ittiham irəli sürülüb
Prokurorluq Qardabanidə ağırlaşdırıcı hallarda törədilmiş qəsdən adam öldürmə, qrup halında döymə və zorakılıq faktları üzrə iki nəfərə ittiham irəli sürüb.
Bu barədə Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq zamanı müəyyən edilib ki, yanvarın 6-da Qardabani bələdiyyəsinin Qaracalar kəndində atasının döyülməsinə görə qəzəblənən təqsirləndirilən şəxslər zərərçəkənlərin yaşadığı evə soxulub və ata ilə oğulu döyüblər. Daha sonra təqsirləndirilən şəxslərdən biri zərərçəkənlərin üzərinə avtomobil sürüb. Alınan xəsarətlər nəticəsində zərərçəkənlərdən biri xəstəxanaya çatdırılmadan əvvəl dünyasını dəyişib, digərinin isə həyatını xilas etmək mümkün olub.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 126-cı maddəsinin birinci prima hissəsinin ‘b’, ‘g’ bəndləri (iki və ya daha çox şəxs tərəfindən qrup halında törədilən, zərərçəkənə fiziki ağrı yetirən döymə), 160-cı maddənin 2-ci hissəsinin ‘a’ və 3-cü hissəsinin ‘a’ bəndləri (mülkiyyətçinin iradəsinə zidd olaraq, zorakılıqla və qrup halında mənzilə və ya digər mülkiyyətə daxil olma – mənzilin toxunulmazlığının pozulması) üzrə ittihamlar irəli sürülüb ki, sözügedən maddələr 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Təqsirləndirilən şəxslərdən birinə əlavə olaraq Cinayət Məcəlləsinin 19,109-cu maddəsinin ‘l’, ‘m’ bəndləri (iki və ya daha çox şəxsi xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd) üzrə də ittiham irəli sürülüb, bu da 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Prokurorluq təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı artıq məhkəməyə vəsatət təqdim edib. Daxili İşlər Nazirliyində istintaq davam etdirilir, cinayətdə mümkün iştirak etmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.
Bizi WhatsApp – da izləyin.