Dünyanın ən güclü pasportları – Gürcüstan neçənci sıradadır?

Dünyada ən güclü pasporta Birləşmiş Ərəb Əmirlikləri malikdir. Passport Index-in 2026-cı il reytinqinə əsasən, bu ölkənin vətəndaşları 179 ölkəyə vizasız səfər edə bilirlər.

Ən güclü pasportlar reytinqində ikinci yeri Sinqapur və İspaniya bölüşür. Bu ölkələrin vətəndaşları 175 ölkəyə vizasız gedə bilirlər.

Ən güclü pasporta malik ölkələr

Daha dəqiq desək, dünyanın ən güclü pasportları reytinqində ilk on yer aşağıdakı ölkələr arasında bölüşdürülüb:

  • Birləşmiş Ərəb Əmirlikləri – 179 ölkə;
  • Sinqapur və İspaniya – 175 ölkə;
  • Belçika, Fransa, Almaniya, İsveç, Niderland, Finlandiya, Lüksemburq, İtaliya, Danimarka, Portuqaliya, İsveçrə, Yunanıstan, Avstriya, Malayziya, Norveç, İrlandiya, Cənubi Koreya və Yaponiya – 174 ölkə;
  • Malta, Polşa, Sloveniya, Xorvatiya, Slovakiya, Macarıstan, Estoniya, Latviya – 173 ölkə;
  • Rumıniya, Çexiya, Bolqarıstan, Litva, Yeni Zelandiya – 172 ölkə;
  • Lixtenşteyn, Avstraliya – 171 ölkə;
  • Kipr, İslandiya – 170 ölkə;
  • Birləşmiş Krallıq, Kanada – 169 ölkə;
  • Amerika Birləşmiş Ştatları – 168 ölkə;
  • Monako – 167 ölkə.

Qeyd olunmalıdır ki, Gürcüstan qonşu ölkələrlə müqayisədə ən güclü pasporta malikdir. Ölkəmiz reytinqdə 33-cü yeri tutur və vətəndaşlar 133 ölkəyə vizasız səfər edə bilirlər. Ölkəmizi Rusiya izləyir – 41-ci yer və 125 ölkə ilə vizasız rejim.

Türkiyə vətəndaşları 121 ölkəyə vizasız gedə bilirlər və bu göstərici ilə reytinqdə 44-cü yerdədir. Onu Azərbaycan izləyir – 62-ci yer və 85 ölkəyə vizasız səyahət imkanı.

Qonşu ölkələr arasında ən zəif pasporta Ermənistan malikdir. Ölkə reytinqdə 66-cı yerdədir və Ermənistan vətəndaşları 80 ölkəyə vizasız səfər edə bilirlər.

Bizi WhatsApp – da izləyin.