Gürcüstanda təbii fəlakət: Xizəkçilər qar uçqunu altında qalıblar – VİDEO

Gürcüstanda turistlər qar uçqunu altında qalıblar. Hazırda onların axtarışları xilasedicilər tərəfindən davam edir.

Xarici KİV-in məlumatına görə, hadisə Yuxarı Svaneti bölgəsində, Tetnuldi zirvəsi yaxınlığında baş verib. Qar uçqunu təxminən 20 nəfərdən ibarət xizəkçi və snoubordçulardan ibarət qrupun üzərinə çöküb. Onların arasında Rusiya vətəndaşları da olub.

“Bir neçə nəfər öz gücü ilə xilas olub. Bir nəfər xilasedicilər tərəfindən digər turistlərin köməyi ilə qar altından çıxarılıb — gənc sağ olub və xəstəxanaya yerləşdirilib. Daha bir nəfər isə huşsuz vəziyyətdə tapılıb, onun vəziyyəti hələlik məlum deyil.

Qar altında qalanların dəqiq sayı bilinmir. Xilasetmə əməliyyatı artıq təxminən üç saatdır davam edir.” – deyə məlumatda bildirilir.

Bizi WhatsApp – da izləyin.