İtaliyada gürcü qadınlar arasında dəhşət: İsti qəhvə ilə yandırdı – FOTO

İtaliyanın Recco Kalabriya şəhərində 2025-ci ilin dekabr ayının sonlarında ağır zorakılıq hadisəsi baş verib. 22 yaşlı gürcü mühacir qız gürcü əsilli bir qadın tərəfindən fiziki və sözlü təhqirə məruz qalıb, eyni zamanda üzərinə isti qəhvə tökülüb. Nəticədə qız üçüncü dərəcəli yanıq xəsarətləri alıb.

Zərərçəkən Nazuca Baxlamışvili diaspor media platforması AprioriTV ilə əlaqə saxlayaraq, başına gələn hadisənin geniş auditoriyaya çatdırılmasını xahiş edib. Nazucanın sözlərinə görə, zorakılıq əvvəlcədən planlaşdırılıb. Onun bildirdiyinə əsasən, üzərinə isti qəhvə tökən gürcü qadın onu şayiə yaymaqda ittiham edib.

Zərərçəkən bu ittihamları qəti şəkildə rədd edir və heç bir şayiə yaymadığını bildirir. Onun sözlərinə görə, bu mövqe sənədlərlə də təsdiqlənir.

Hadisə nəticəsində Nazuca yanıq xəsarətləri alıb və tibbi yardıma ehtiyac yaranıb. Zərərçəkənin qeyd etdiyinə görə, baş verənlər ona ciddi fiziki və psixoloji zərər vurub. Nazuca Baxlamışvili artıq hüquq-mühafizə orqanlarına rəsmi şikayət təqdim edib. O, təkcə zorakılıq törədən şəxsin deyil, həm də mənzil sahibinin məsuliyyətə cəlb edilməsini tələb edir, çünki onun sözlərinə görə, hadisə təhlükəsizlik üçün elementar şərtlərin təmin olunmadığı yaşayış məkanında baş verib.

Bizi WhatsApp – da izləyin.