QANLI HADİSƏ: Avtomobil atəşə tutuldu, iki nəfər qətlə yetirildi
Muxranidə iki kişi – Zura Samanaşvili və Gia Qilardjiani qətlə yetirilib.
Mövcud məlumata görə, hər iki şəxs avtomobildə olarkən atəşə tutulub.
“Primetime”ın Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 109-cu (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) və 236-cı (odlu silahın qanunsuz saxlanılması və daşınması) maddələri üzrə istintaq başlanılıb.
Hazırda hadisə ilə bağlı digər detallar açıqlanmır.
Bizi WhatsApp – da izləyin.