Salamlaşma tərzini bəyənmədi, yeniyetməni bıçaqladı
Rustavi Mall ərazisində baş verən qanlı qarşıdurma iki tanış arasında salamlaşma formasına görə yaranan mübahisə ilə başlayıb.
Bu barədə İnfoRustavi məlumat yayıb.
Məlumata əsasən, yeniyetmələrdən birinin yanında tanışı olub və həmin şəxsin salamlaşma tərzi yeniyetmə tərəfindən qəbul edilməyib. Bu səbəbdən tərəflər arasında sözlü mübahisə yaranıb. Qarşıdurma zamanı yeniyetmə yaşıdına soyuq silahla xəsarət yetirib, nəticədə zərərçəkən əl nahiyəsindən yaralanıb.
Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən qısa müddətdə saxlanılıb. Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə aparılır.
Bizi WhatsApp – da izləyin.