Marneuli polisi külli miqdarda dələduzluq ittihamı ilə 4 nəfəri saxlayıb – VİDEO

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Polis İdarəsinin əməkdaşları, külli miqdarda dələduzluq ittihamı ilə, məhkəmə qərarı əsasında 4 nəfəri: 2004-cü il təvəllüdlü İ.Q., 2002-ci il təvəllüdlü R.M., 2004-cü il təvəllüdlü N.B. və 1997-ci il təvəllüdlü A.M.-ni saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər Marneuli və Tbilisi şəhərlərində yerləşən müxtəlif mikromaliyyə təşkilatlarında, müxtəlif vaxtlarda, aldadıcı üsullarla saxta qızıl məmulatlarını girov qoyaraq vəsaitləri dələduzluq yolu ilə ələ keçiriblər.

Mikromaliyyə təşkilatlarına vurulan ümumi zərər 48 845 lari təşkil edib.

Hüquq-mühafizə orqanları saxta qızıl məmulatlarını maddi sübut kimi götürüblər və dörd nəfərin hamısı təqsirləndirilən şəxs qismində saxlanılıb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci və 3-cü hissələrinin “b” bəndləri ilə aparılır ki, bu da 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.