DTX: Hərbi xidmətdən yayınmağa köməklik edən həkimlər və dövlət qulluqçuları saxlanılıb

Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları tərəfindən müxtəlif bölgələrdə keçirilən genişmiqyaslı antikorrupsiya əməliyyatı nəticəsində yeddi müxtəlif cinayət işi üzrə aşkar edilmiş korrupsiya cinayətlərinə görə 21 nəfər həbs olunaraq məsuliyyətə cəlb edilib.

Bu barədə Dövlət Təhlükəsizlik Xidmətində keçirilən brifinqdə məlumat verilib. Bildirilib ki, həkimlərin gəncləri hərbi xidmətdən yayınmağa təşviq etmək üçün saxta arayışlar verdiyi aşkar edilib. İstintaqa görə, sxemdə dövlət qulluqçuları da iştirak edib. Saxlanılanlar arasında Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin “Psixi Sağlamlıq və Narkomaniya Qarşısının Alınması Mərkəzi” MMC-nin psixiatr həkimi və təhlükəsizlik əməkdaşı da var.

Onlar, çağırışçıları məcburi hərbi xidmətə getməkdən yayınmaq üçün saxta tibbi arayışlar hazırlayaraq rüşvət alıblar. İstintaq zamanı məlum olub ki, ittiham olunanlar vətəndaşlardan 10 000 lari tələb edib, əvvəlcədən isə 5 000 lari alıblar, lakin heç bir kömək göstərməyiblər.

Bundan əlavə, Kareli bələdiyyəsinin meri, Hərbi Qeydiyyat və Çağırış Xidmətinin sabiq rəisi və “Bermux” MMC-nin rəhbəri xidməti səlahiyyətlərindən sui-istifadə edərək saxta sənədlər hazırlayıb, çağırışçıları qeyri-hərbi işlərə yönəldiblər.

İstintaq bir neçə maddə üzrə aparılır və ittiham olunanlara 3 ildən 9 ilədək həbs cəzası verilə bilər.