Qardabanidə öldürülən qadının kimliyi və hadisənin təfərrüatları bəlli olub

Qardabaninin mərkəzi küçəsində bu gün baş vermiş dəhşətli qətlin təfərrüatları bəlli olub.

Məlumata görə, bıçaqlanaraq öldürülən qadın 25 yaşlı Mariam Qaxokidze olub. Onun keçmiş həyat yoldaşı tərəfindən qısqanclıq zəmnində qətlə yetirildiyi bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 11 prima 109-cu maddəsi ilə istintaq aparılır ki, bu da ailə üzvünün ağırlaşdırılmış şəraitə qəsdən qətlə yetirilməsini nəzərdə tutur.

Qeyd edək ki, hadisəni törədən şəxs polisə könüllü şəkildə təslim olub.