Qardabanidə 26 yaşlı həyat yoldaşını öldürən 38 yaşlı şəxs belə saxlanılıb – VİDEO
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları ailə üzvünə qarşı törədilmiş qəsdən adamöldürmə ittihamı ilə 1988-ci il təvəllüdlü F.A.-nı saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Gardabani bələdiyyəsində soyuq silahdan istifadə edərək həyat yoldaşı – 2000-ci il təvəllüdlü M.Q.-ya çoxsaylı bıçaq xəsarətləri yetirib. Zərərçəkmiş aldığı xəsarətlər nəticəsində hadisə yerində vəfat edib.
Təqsirləndirilən şəxs polisə könüllü şəkildə müraciət edib və törətdiyi cinayəti etiraf edib. Hüquq-mühafizə orqanları tərəfindən F.A. təqsirləndirilən şəxs qismində saxlanılıb. Cinayətin törədilməsində istifadə olunan alət – bıçaq maddi sübut kimi götürülüb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 11 prima 109-cu maddəsinin “k” bəndi ilə aparılır ki, bu da 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
- Bizi WhatsApp – da izləyin.