Tbilisidə anbarda baş vermiş güclü yanğın söndürülüb – 21 yanğınsöndürmə texnikası…

Tbilisi şəhərində yanğın hadisəsi qeydə alınıb.

Hadisə paytaxtın Didi Diğomi qəsəbəsində yerləşən anbarlardan birində baş verib. Yanğının baş verməsi ilə bağlı daxil olan məlumat əsasında dərhal əraziyə Fövqəladə Halların İdarəetmə Xidmətinin yanğınsöndürən-xilasedici briqadaları cəlb olunub.

İlkin məlumata görə, alov anbar sahəsinə yayılıb. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun genişlənməsinin qarşısı vaxtında alınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğın tam söndürülüb, hazırda ərazidə ayrı-ayrı tüstülənən ocaqların ləğvi istiqamətində işlər davam etdirilir. Əməliyyata ümumilikdə 21 ədəd yanğınsöndürmə-xilasetmə texnikası cəlb olunub.