Gürcüstanda yanacağın qiyməti qalxır: İsrail-İran gərginliyi dünya bazarlarını silkələyir

Yaxın Şərqdə baş verən hadisələr Hörmüz boğazı vasitəsilə neft daşımalarında gecikmələr yaradıb. Dünya neft tədarükünün təxminən beşdə biri bu boğaz vasitəsilə həyata keçirilir.

Bu da qlobal neft qiymətlərinə birbaşa təsir göstərir. Hazırda Brent markalı neftin qiyməti bir barel üçün 90–92 dollar, Amerika xam nefti (WTI) isə 86–87 dollar arasında dəyişir.

Beynəlxalq birjalardakı bu tendensiya artıq Gürcüstan bazarına da təsir edib. Bəzi markalı yanacaqdoldurma məntəqələrində yanacağın qiymətləri artıb. Orta hesabla qiymətlər yanacağın növündən asılı olaraq 10–18 tetri yüksəlib.