Gürcüstanın qərbində torpaq sürüşməsi yenidən aktivləşib

Qərbi Gürcüstanın Tkibuli bələdiyyəsinin Kurseb kəndinin ərazisində torpaq sürüşməsi yenidən aktivləşib.

Bu barədə jurnalistlərə açıqlamasında ərazidə geoloji vəziyyəti öyrənən geoloq Anri Namiçeişvili məlumat verib.

O deyib ki, hazırda sürüşmə prosesi aktiv fazadadır və monitorinq davam edir.

Qeyd edək ki, martın 12-si Kurseb kəndində torpaq sürüşməsi baş verib. Sürüşmə 58 hektara qədər ərazini əhatə edib, 15-ə yaxın ev uçub, 45-ə qədər sakinin torpaq sahələri və evləri risk altındadır. Dünən sürüşmə zonasından 38, bu gün isə7 ailə təxliyə olunub.

Bizi WhatsApp – da izləyin.