Dmanisidə müsəlman icması üçün iftar təşkil olunub – FOTO

Dmanisidə müsəlman icması üçün iftar süfrəsi təşkil edilib. Tədbir zamanı iştirakçılar Ramazan ayı və yaxınlaşan Ramazan bayramı münasibətilə təbrik olunub, onlara sülh və rifah arzulanıb.

Tədbirdə Dmanisi meri Koba Muradaşvili, merin müavinləri, Gürcüstan parlamentinin deputatı David Şerazadişvili, Bələdiyyə sədri Paata Quliaşvili, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Faiq Nəbiyev, müfti Etibar Eminov, diplomatik korpus nümayəndələri və digər rəsmilər iştirak ediblər.

Tədbirdə Ramazan ayının birlik və həmrəylik dəyərləri vurğulanıb.

Bizi WhatsApp – da izləyin.