Tbilisi Cümə Məscidində Ramazan bayramı namazı qılınıb – FOTO
Tbilisi Cümə Məscidində Ramazan bayramı namazı qılınıb.
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) Şərqi-Gürcüstan müftisi Etibar Eminovun imamlığında qılınan namaz səhər saat 07:36-da baş tutub.
Namazın ardından müfti ölkə və dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib.
“Uca Allah bu mübarək ayda tutulan orucları, edilən duaları, verilən zəkat və sədəqələri dərgahında qəbul etsin. Ramazan ayı boyunca qazandığımız səbir, mərhəmət və qardaşlıq ruhunun bayram günlərində və sonrakı həyatımızda da davam etməsini nəsib etsin.
Bu əziz bayram günlərinin hər bir evə sevinc, süfrələrə bərəkət, qəlblərə rahatlıq və ümmətimizə birlik, həmrəylik və əmin-amanlıq gətirməsini diləyirik.
Ramazan bayramınız mübarək olsun!” – deyə Etibar Eminov bildirib.
Məlumat üçün onu da bildirək ki, Tbilisi Cümə Məscidi ilə yanaşı BGMİ-nin müftiyilinə bağlı bütün məscidlərdə Ramazan bayramı namazı qılınıb.
Bizi WhatsApp – da izləyin.









