Marneulidən olan gənc qız Tbilisidə yaşadığı mənzildə asılmış vəziyyətdə tapılıb – FOTO
Marneuli bələdiyyəsinin Saral kəndindən olan 24 yaşlı gənc qız Tbilisidə faciəvi şəkildə vəfat edib.
Yerli mətbuatın yaydığı məlumata görə, gənc qızın meyiti Tbilisidə yaşadığı mənzildə asılmış vəziyyətdə tapılıb.
Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
Mərhumun cəsədi müvafiq ekspertiza üçün tibbi müayinəyə göndərilib.
Bizi WhatsApp – da izləyin.
