Telavidə qanlı hadisə: Öldürmək istədi, yaralayıb qaçdı… – VİDEO
Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin əməkdaşları qəsdən adam öldürməyə cəhd ittihamı ilə 1993-cü il təvəllüdlü V.K.-nı saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Telavi bələdiyyəsi ərazisində baş vermiş mübahisə zəminində soyuq silahdan istifadə edərək 1978-ci il təvəllüdlü G.Q.-nı yaralayıb və hadisə yerindən qaçıb.
Yaralanan kişi müvafiq tibbi yardım göstərilməsi məqsədilə klinikaya çatdırılıb.
Aparılan istintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi isti izlərlə saxlayıblar.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddələri ilə aparılır ki, bu da 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Bizi WhatsApp – da izləyin.