İbtidai sinif şagirdləri üçün 44,9 milyon lari dəyərində məktəb forması alınacaq

Təhsil Nazirliyinin “Təhsil Resursları” MMC 2026–2027-ci tədris ili üçün ibtidai sinif şagirdlərinin məktəb formalarının təmin edilməsi məqsədilə 44 900 000 lari dəyərində sadələşdirilmiş satınalma elan edib.

Sənədlərə əsasən, ibtidai sinif şagirdləri üçün ümumilikdə 1 801 000 ədəd məktəb forması hazırlanmalıdır. Satınalmanın təxmini dəyərinin müəyyən edilməsi üçün 2026-cı il 3 aprel tarixində bazar araşdırması aparılıb və nəticələr əsasında məbləğ təsdiqlənib.

Qərara görə, proqram çərçivəsində satınalma prosesi Dövlət Satınalmaları Agentliyinin razılığı ilə sadələşdirilmiş qaydada həyata keçiriləcək.

Satınalmanın icrası iki mərhələdə planlaşdırılıb. Birinci mərhələdə məhsulların ən azı 30 faizi 2026-cı il 31 iyul tarixinədək, qalan hissəsi isə 20 avqust 2026-cı ilədək çatdırılmalıdır.

Bizi WhatsApp – da izləyin.