Gürcüstanda Müdafiə Qüvvələrinin yaradılmasının 35 illiyi qeyd olunub
Aprelin 30-da Gürcüstan Müdafiə Qüvvələrinin yaranmasının 35 ili tamam olub.
Müdafiə Qüvvələri Günü Vazianidəki 4-cü Piyada Briqadası Hərbi Bazasında təntənəli tədbirlə qeyd olunub.
Tədbirdə Gürcüstanın Baş naziri, Prezident, müdafiə naziri, parlamentin sədri çıxış edib, hər bir dövlətdə və xalqların həyatında ordunun rolunu qeyd ediblər. Çıxışlarda dünyada və regionda gedən proseslər, sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində atılan addımlar qeyd olunub.
Yubiley tədbirində Gürcüstanda akkreditə olunmuş ölkələrin səfirlikləri, hərbi attaşelər, o cümlədən Azərbaycan səfirliyinin nümayəndəsi də iştirak edib.
Tədbirin sonunda Gürcüstan Müdafiə Qüvvələrinin hərbi texnikasına baxış keçirilib.
Bizi WhatsApp – da izləyin.