Gürcüstanın yeni katolikos-patriarxı gələn həftə seçiləcək

Gələn həftə Gürcü Pravoslav Kilsəsinin genişləndirilmiş şura iclası keçiriləcək.

Bu barədə Patriarxal Taxt-Tacın hazırkı rəhbəri, Senaki və Çxorotsku Şio (Muciri) mitropoliti Kaşueti Kafedralında moizə oxuyarkən bildirib.

Onun sözlərinə görə, gələn həftə yeni katolikos-patriarxın seçiləcəyi genişləndirilmiş kilsə şurası keçiriləcək.

Şurada Gürcüstanın yeni katolikos-patriarxı seçiləcək.

Qeyd edək ki, Sinodun aprelin 28-də keçirilən iclasında patriarxlığa üç namizəd müəyyən edilib.

Bizi WhatsApp – da izləyin.