Şio Mujiiri Gürcüstanın Yeni Katolikos-Patriarxı Seçildi

Gürcüstan Pravoslav Kilsəsində keçirilən genişləndirilmiş kilsə məclisində ölkənin yeni katolikos-patriarxı seçilib.

Seçkinin nəticəsinə əsasən, Senaki və Çxorotsqu metropoliti Şio (Mujiiri) Gürcüstanın 142-ci katolikos-patriarxı olub. O, ümumilikdə 22 səs toplayıb.

Digər namizədlərdən Urbnisi və Ruisi yeparxiyasının metropoliti İob 9 səs, Poti və Xobi metropoliti Qriqol isə 7 səs qazanıb. Bir səs isə etibarsız sayılıb.

Xatırladaq ki, bütün Gürcüstanın katolikos-patriarxı, müqəddəs İlya II 2026-cı il 17 martda 93 yaşında vəfat edib. Onun vəfatından sonra Gürcüstan Pravoslav Kilsəsinin yeni rəhbərinin seçilməsi gündəmə gəlib.

Bizi WhatsApp – da izləyin.